ISSF Dünya Kuboku 2026 həyəcanı başlayır!
Dünya atıcılıq təqviminin ən nüfuzlu mərhələlərindən biri olan stend atıcılığı üzrə ISSF Dünya Kuboku bu dəfə Almatıda 🇰🇿 keçirilir. 42 ölkədən yüzlərlə peşəkar idmançı səngər (trap) və dairəvi stend (skeet) növləri üzrə yüksək səviyyəli rəqabətdə qüvvəsini sınayacaq.
Bu mötəbər turnir idmançılar üçün beynəlxalq reytinq xalları qazanmaq və mövsümün final mərhələsinə vəsiqə əldə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
🇦🇿 Ölkəmizi təmsil edən atıcılarımıza uğurlar arzulayır, yüksək nəticələr gözləyirik! ✨