Dünya Kubokunda böyük həyəcan – Nurlana Cəfərova finalda! 🇦🇿
Qazaxıstanın Almatı şəhərində keçirilən Stend atıcılığı üzrə ISSF Dünya Kubokunda milli komandamızın üzvü Nurlana Cəfərova qadınlar arasında dairəvi stend növündə möhtəşəm çıxış edərək final mərhələsinə vəsiqə qazanıb.
Yüksək dəqiqliyi və peşəkarlığı ilə seçilən idmançımız mötəbər turnirdə Azərbaycanı layiqincə təmsil edərək ən güclülər sırasına adını yazdırıb.
Final mərhələsində Nurlanaya uğurlar arzulayır, qələbə yolunda ona sonsuz dəstəyimizi bildiririk. ✨🎯